AZ

Qurban Qurbanov: “Benfika”ya çox yaxşı oyunla qalib gəldik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya klubları arasındakı qarşılaşma Lissabon şəhərində keçirilib.

Ağdam təmsilçisi 0:2 hesabıyla geri düşdüyü oyunda 3 qol vuraraq əzmkar və tarixi qələbəyə sevinib.

Qurban Qurbanov qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla qələbə qazandıq. Bu gün məğlub da ola bilərdik. Çünki matçın əvvəllərində iki top fərqi ilə geri düşmüşdük. Oyunu çevirmək heç də asan deyildi. Ancaq futbolçularda inam, mübarizədən qopmamaq və vurduğumuz ilk qol bizə qalibiyyət əldə etməyə kömək oldu. Bu, həm bizim klubun, həm də Azərbaycan futbolunun tarixində UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbədir. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. “Benfika”ya qarşıdakı matçlarda uğurlar arzu edirəm”.

Qurban Qurbanov bu cür görüşlərdə qazanılan qələbələrin asan başa gəlmədiyini bildirib:

“Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur. Mən futbolçulara ilk dəqiqədən etibarən demişdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, UEFA Çempionlar Liqasının qarşılaşması idi. Oyunçularımın üzərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. Səhvlər gözlənilən idi, çünki qarşımızda güclü komanda var idi. Bununla belə, öz oyunumuzu itirmədik”.

error: Məzmun qorunur!
Seçilən
38
19
arena.az

10Mənbələr