AZ

Fransada sabiq nazirlərə verilən ömürlük güzəştlər ləğv ediləcək

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransanın yeni təyin olunmuş baş naziri Sebastyen Lekornyu hökumətin keçmiş üzvlərinə verilən ömürlük güzəştlərin ləğv edildiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Lekornyunun sözlərinə görə, güzəştlər 2026-cı il yanvarın 1-dən ləğv ediləcək.

Fransanın baş naziri qeyd edib ki, bu güzəştlərdən biri polis qorumasıdır. Bu güzəşt keçmiş baş nazirlərə və daxili işlər nazirlərinə yalnız məhdud müddətə veriləcək və real riskdən asılı olaraq müddəti uzadılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr