AZ

Bruno Lage: “İlk qolu buraxdıqdan sonra nəzarəti əldən verdik”

“Benfika”nın baş məşqçisi Bruno Lage UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya klubları arasında ÇL-in Liqa mərhələsinin 1-ci turu çərçivəsində baş tutmuş qarşılaşma Lissabon şəhərində keçirilib.

Ağdam təmsilçisi 0:2 hesabıyla geri düşdüyü oyunda 3 qol vuraraq əzmkar və tarixi qələbəyə sevinib

Bruno Lage oyundan sonra təşkil edilmiş mətbuat konfransında komandasının məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb:

“Nəticənin səbəbini əsaslandırmaq çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Oyuna yaxşı başlamışdıq, ilk 30 dəqiqə istədiyimiz kimi çıxış etdik. Təəssüf ki, ilk qolu buraxdıqdan sonra nəzarəti əldən verdik. Fikrimcə, bu məğlubiyyətdən sonra artıq komanda toparlanmalıdır”.

Lage portuqaliyalı jurnalistin “hələ də işinizə davam etmək istəyirsiniz?” – sualına bu cür cavab verib:

“Sözlərimi yanlış anlamayın. Siz burda öz işinizi görürsünüz, mən isə öz işimi. Bu gün sizin suallarınızı cavablandırmaq üçün mətbuat konfransındayam”.

Qeyd edək ki, qarşılaşmanın final fitindən sonra yerli azarkeşlər meydanı tərk edən Lageyə ağ bayraq göstərərək, onun istefa verməsini tələb ediblər. Portuqaliya mətbuatının yazdığına görə, o, öz istəyi ilə postundan ayrılmasa, klub rəhbərliyi tərəfindən qovulması da istisna edilmir.

error: Məzmun qorunur!
Seçilən
46
16
arena.az

10Mənbələr