İsrail Suriyaya 1979-cu ildə İsrail-Misir sülh razılaşmasına əsaslanacaq yeni təhlükəsizlik sazişi təklifi təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
“İsrail Suriyaya yeni təhlükəsizlik sazişi üçün ətraflı təklif, o cümlədən Dəməşqin cənub-qərbindən İsraillə sərhədə qədər ərazinin xəritəsini təqdim edib", - mənbə bildirib.
Sentyabrın 6-da məlum olub ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) mexanikləşdirilmiş patrulu Suriyanın cənubundakı Bir Əcəm və Breyqa yaşayış məntəqələrini radikallardan təmizləyib. Yaşayış məntəqələrinin təmizlənməsi İsrail PUA-larının pərdəsi altında həyata keçirilib. İsrail mütəmadi olaraq Suriyaya qoşun göndərir və yerli sakinlər dəfələrlə saxlanılıb.