Çempionlar Liqasının ilk turunun “Benfika” - “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu müəyyənləşib.
Publika.az xəbər verir ki, bu barədə UEFA saytı məlumat yayıb.
Qurum bu mükafata Ağdam klubunun yarımmüdafiəçisi Pedro Bikalyonu layiq görüb.
Pedro bu görüşdə məhsuldar olmasa da, 88% pas dəqiqliyi, vərəqəsiz və 12,1 km məsafə qət etməklə yadda qalıb.