AZ

Zelenski: Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram

Ukraynanın dövlət başçısı Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə heç bir şərt olmadan görüşməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Zelenski “Sky News”a müsahibəsində deyib.

"Mən Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda heç bir şərt olmadan görüşməyə hazıram", - deyə Ukrayna Prezidenti vurğulayıb.

O, belə bir görüş üçün Moskvaya getməyə hazır olmadığını təkrar edərək, danışıqların başqa ölkədə aparıla biləcəyini qeyd edib. “Amerikalılardan və avropalılardan çoxlu təkliflər var”, - deyə Zelenskı bildirib.

Seçilən
12
9
apa.az

10Mənbələr