AZ

Misirdə muzeydən 3 min il əvvələ aid qızıl bilərzik yoxa çıxıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Misir Milli Muzeyinin Təhrir meydanındakı bərpa şöbəsindən eramızdan əvvəl X əsrdə yaşamış firon Amenemopetə məxsus qızıl bilərzik yoxa çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

“Amenemopetin qızıl bilərzikinin yoxa çıxması ilə bağlı dərhal polis məlumatlandırılıb və artefaktın fotoşəkili Misir sərhədindəki bütün hava və dəniz limanlarına və quru keçidlərinə göndərilib", - məlumatda bildirilib.

Nazirlik, həmçinin xüsusi komissiya yaradıb.

Hələlik bilərzikin yoxa çıxmasında əli olan şəxslərin kimliyi və mümkün motivləri barədə məlumat yoxdur.

Seçilən
30
3
azertag.az

4Mənbələr