AZ

Müharibə hazırlığı pik həddə: 3 ölkə aktivləşdi Bakıda müzakirə başladı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Almaniyada on milyonlarla avro dəyərində konservləşdirilmiş qida ehtiyatının yaradılması dünya mediasında diqqət çəkib. Bununla bağlı çağırış edən ölkənin kənd təsərrüfatı naziri Aloys Rayner bildirib ki, bu, yalnız müharibə deyil, həm də təbii fəlakətlər və atom elektrik stansiyalarında qəza hallarında vacib rol oynayacaq. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi münaqişə hazırlığında hərbi texnika qədər əhəmiyyətlidir. Sözügedən xəbər Azərbaycanda da maraqla qarşılanıb. Bəzi sosial şəbəkə istifadəçiləri ölkəmiz üçün də qida ehtiyatının vacibliyini vurğulayırlar. 

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiyanın NATO ölkələrinin ərazilərinə dron hücumları və sərhədlərinə yaxın aviasiya fəaliyyətləri bir çox dövlətləri, o cümlədən Almaniya, Polşa və Rumıniyanı yeni təhlükəsizlik tədbirləri görməyə vadar edib:

Ədalət Verdiyev

“İkinci Dünya müharibəsindən sonra bir çox Avropa ölkələri hesab edirdi ki, genişmiqyaslı müharibələr artıq geridə qalıb və NATO-nun müdafiə sistemi onları hər cür təhdidlərdən qoruya bilər. Lakin Hindistan-Pakistan, İsrail-İran və Rusiya-Ukrayna münaqişələri göstərdi ki, heç bir ölkə Üçüncü Dünya müharibəsindən tam sığortalanmayıb. Bu baxımdan qida təhlükəsizliyi prioritet məsələdir. Azərbaycanda vaxtında bu istiqamətdə lazımi addımlar atılıb. İşğal illərində formalaşan təcrübə nəticəsində ordumuzun ərzaq, yanacaq, silah-sursat və texnika ehtiyatları daim tələb olunan səviyyədə saxlanılır. Bundan əlavə, “toxunulmaz” adlandırılan maddi ehtiyatlarımız uzunmüddətli döyüş əməliyyatlarını təmin etmək üçün kifayət qədər güclüdür”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, hazırda Almaniyada müharibəyə hazırlıq ritorikası güclənir:

Natiq Cəfərli

“Xüsusilə Rusiya təhlükəsinə qarşı tədbirlərin vacibliyi barədə çağırışlar artır. Bu çərçivədə əhaliyə 10 günlük ərzaq ehtiyatı saxlamaq tövsiyə edilib. Lakin hələlik bununla bağlı ciddi praktiki addımlar atılmayıb. Azərbaycanda isə strateji ərzaq ehtiyatlarının yaradılması məsələsi artıq bir neçə ildir ki, həyata keçirilir. Məsələn, ölkədə 270 günlük buğda ehtiyatı mövcuddur və bu, kifayət qədər əsaslandırılmış qərardır. Digər ərzaq məhsulları üzrə ehtiyatların yaradılması isə həm çətindir, həm də zəruri hesab edilmir. Bununla belə, strateji məhsul kimi buğda ehtiyatları gücləndirilməlidir. Lazım gəldikdə bu istiqamətdə əlavə addımlar atıla bilər”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
globalinfo.az

3Mənbələr