AZ

Bu ərazilərdə avtobus zolaqları ləğv edilirmi? - VİDEO

Bakının bəzi ərazilərində avtobus zolaqlarının müvəqqəti ləğv edildiyi iddia olunur.

Belə ki, sosial şəbəkələrdə Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsində həmin nişanların qapadılması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlayıb.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib: “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə qeyd edilən ərazilərdə yerləşən yol nişanlarının üzəriləri qapadılması müvəqqəti məhdudiyyət tədbirləri ilə bağlıdır. Tərəfimizdən müəyyən olunan istiqamətlər üzrə hərəkətin intensivliyi təmin olunur”.

Sözügedən görüntüləri təqdim edirik:

Seçilən
29
sportinfo.az

1Mənbələr