AZ

BMT-nin Baş katibi Təhlükəsizlik Şurasında veto hüququnun məhdudlaşdırılması təkliflərini dəstəkləyir

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının bəzi üzvlərinin veto hüququnu məhdudlaşdırmaq üçün təklif etdiyi təklifləri “alqışladığını” bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Mətbuat konfransında jurnalistlərə açıqlama verən Quterreş deyib: “Xüsusən də kütləvi insan haqları pozuntuları və ya bu kimi dramatik vəziyyətlərdə veto hüququnun məhdudlaşdırılması ilə bağlı Fransa və Böyük Britaniyadan təkliflər olub. Bu təklifi alqışlayıram”.

Quterreş əlavə edib ki, veto hüququnun məhdudlaşdırılması ilə bağlı qərarlar yalnız Təhlükəsizlik Şurasına üzv dövlətlər tərəfindən verilə bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
28
editor.az

1Mənbələr