AZ

Əks kəşfiyyat tərəfindən həbs olunan rusların sayı 80% dən çox artıb

Oxumeni.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əks-kəşfiyyat tərəfindən həbs olunan rusların sayı 80%-dən çox artıb

Son bir ildə ABŞ xüsusi xidmət orqanlarının əks-kəşfiyyat fəaliyyəti çərçivəsində Rusiya ilə bağlı həbslərin sayı 83% artıb. Bunu Senatda keçirilən dinləmələrdə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel deyib.

"Bu ilin yanvarın 20-dən bəri FTB əks-kəşfiyyat missiyasının bir hissəsi olaraq 55 nəfəri həbs etdi. Bu, keçən ilin eyni dövründə qeydə alınandan 30% çoxdur,"-deyə Keş Patel deyib

Cənab Patelin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə Çinlə bağlı həbslərin sayı 33, Rusiya ilə - 83, İranla -sə 60% artıb.

FTB direktoru Keş Patel sentyabrın 10-da baş vermiş mühafizəkar gənclik kumiri Çarli Kirkin qətli ilə bağlı istintaqla əlaqədar ABŞ Senatı qarşısına çıxıb. NBC telekanalının məlumatına görə, FTB-nin keçmiş əməkdaşları FTB direktorunun hərəkətlərini tənqid ediblər. Onların sözlərinə görə, o, istintaqa fəal şəkildə müdaxilə edib və istintaqdakı rolunu şişirdib. Fox News mənbələri iddia edib ki, ABŞ prezidenti Donald Tramp FTB direktoru Keş Pateli işdən çıxarmaq niyyətindədir.

Əziz Mustafa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
oxumeni.az

2Mənbələr