AZ

Kosmosdan gələn "sirli obyekt"

Panama sakini "TikTok"da "sirli meteorit"i əks etdirən bir sıra videolar paylaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Videonun müəllifinin sözlərinə görə, o, meteorit düşməsindən sonra yarandığı güman edilən kraterdə kiçik gümüş daş tapıb. Bir həftə sonra eyni hesabda qaranlıqda parlayan kraterin görüntüləri yerləşdirilib, onun episentrində yad obyektin tapıldığı iddia edilir.

Qeyd olunur ki, zaman keçdikcə bu qeyri-adi tapıntı cücərtilər çıxarıb - daş kartofa bənzəməyə başlayıb. Həmin hesabda yayımlanan videolara inansaq, hazırda daş o qədər bitki ilə örtülüb ki, onu bitkilərin arasından seçmək mümkün deyil.

Seçilən
15
publika.az

1Mənbələr