AZ

Avrasiya İnkişaf Bankı makroiqtisadi araşdırmanın nəticələrini açıqlayıb

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

Avrasiya İnkişaf Bankı (EABR) 2025-ci ilin yanvar-iyul ayları arasında banka üzv ölkələr Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan üçün hazırladığı makroiqtisadi araşdırmanın nəticələrini paylaşıb.

Banco.az xəbər verir ki,  hesabata görə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan investisiyalar sayəsində iqtisadi artımlarını davam etdirib, Rusiyada artım yavaşlayıb.

Müvafiq olaraq, ilin birinci yarısında bu yeddi ölkənin iqtisadi artım templəri fərqli olub. 

Ermənistanda iqtisadi aktivlik 7 faiz artıb. Xüsusilə tikinti, maliyyə və rabitə xidmətlərindəki artım böyüməyə, investisiyalardakı 25 faizlik artım isə iqtisadi sürətə töhfə verdi.

Belarus iqtisadiyyatı həmin dövrdə 1,3 faiz azalıb. Xarici tələbatın azalması bir çox sektorlarda istehsalın azalmasına səbəb olub, lakin yüksək investisiya və istehlak aktivliyi iqtisadiyyatı dəstəkləyib.

Sözügedən dövrdə Rusiyada iqtisadi artım  1,1 faiz artsa da, son iki ildə qeydə alınan yüksək iqtisadi artım daxili tələbatın azalması və uzunmüddətli yüksək faiz dərəcələri səbəbindən yavaşlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
banco.az

2Mənbələr