Gürcüstan 2025-ci ilin sentyabr ayında Qazaxıstana olan borcunu tam şəkildə bağlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumatda bildirilir ki, müstəqilliyin ilk illərində, xüsusən 1990-cı illərin ortalarında Qazaxıstan Gürcüstana 27,5 milyon dollar borc verib. 2017-ci ildə ölkədəki ağır iqtisadi vəziyyət səbəbindən borc restrukturizasiya olunub.
Qazaxıstan Maliyyə Nazirliyinin 2018-ci ildə verdiyi məlumata görə, ödənilməli olan yekun məbləğ təxminən 38 milyon dollar təşkil edib.
Gürcüstan 2017-ci ilin sentyabrından etibarən borcun qaytarılmasına başlayıb və artıq tam ödənişi həyata keçirib.
Musavat.com