AZ

Minik maşını məktəbə gedən ana və iki övladını vurdu

MİNGƏÇEVİR, 17 sentyabr. TELEQRAF

Mingəçevirdə minik maşını məktəbə gedən ana və iki övladını vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 6 saylı orta məktəbin qarşısındakı yolda baş verib.

"Opel" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları -2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.

Sürücüdərhal hər üç yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
68
5
teleqraf.com

7Mənbələr