AZ

"Qarabağ"a uduzan klubdan tələsik istefa qərarı

Çempionlar Liqasının ilk turunda "Qarabağ"a evdə məğlubiyyətdən (2:3) sonra Portuqaliyanın "Benfika"nın baş məşqçisi Bruno Laje istefa verdiyini açıqlayıb.

Ölkə.Az xəbər verir ki, klubun prezidenti Rui Koşta məlumat verib.

“Bütün “Benfika” azarkeşlərinə bildirmək istəyirəm ki, biz indicə Bruno Laje ilə razılığa gəlmişik”, – prezident deyib.

"O, artıq "Benfika"nın baş məşqçisi olmayacaq. Brunoya "Benfika" üçün etdiyi hər şeyə və klubumuzu təmsil etdiyi bir il ərzində göstərdiyi bütün fədakarlığa görə təşəkkür etmək istərdim. Amma təəssüf ki, vaxt gəlib çatıb və biz başa düşürük ki, dəyişiklik vaxtıdır. Yeni baş məşqçinin növbəti şənbə günü matçda ehtiyat oyunçular skamyasında olmasını gözləyirik".

Xatırladaq ki, dünən Portuqaliyada Ağdamın "Qarabağ" klubunu qəbul edən "Benfika" 2:0 hesabı ilə öndə olsa da, təmsilçimiz geridönüş edərək qalib gəlməyi bacardı - 2:3.

Seçilən
58
16
olke.az

10Mənbələr