AZ

“Qarabağ”a məğlubiyyət işindən etdi

"Qarabağ"a məğlub olan "Benfika" baş məşqçisi Brunu Laji barədə qərar verib.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə yollar ayrılıb.

Ağdam təmsilçisi onu işindən edib.

B. Laji ötən ilin sentyabrından Lissabon klubunu çalışdırırdı.

Onun yerinə Joze Mourinyonun gələcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" səfərdə 3:2 hesabı ilə məğlub edib. Qurban Qurbanovun yetirmələri görüşün gedişatında 0:2 geri düşsələr də, sonda sevinən tərəf olublar.

Seçilən
16
1
day.az

2Mənbələr