AZ

Qurbanov tarixi zəfərin sirrini açdı: “Futbolçularıma dedim ki…” – VİDEO

“Qarabağ” futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.

KONKRET.az xəbər verir ki, bunu “Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Benfika”ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, bu cür görüşlərdə qazanılan qələbələrin asan başa gəlmədiyini bildirib:

“Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur. Mən futbolçulara ilk dəqiqədən etibarən demişdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, Çempionlar Liqasının qarşılaşması idi. Oyunçularımın üzərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. Səhvlər gözlənilən idi, çünki qarşımızda güclü komanda var idi. Bununla belə, öz oyunumuzu itirmədik”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
13
10
konkret.az

10Mənbələr