AZ

IGB operatoru 2025 yanvar-avqust ayları ərzində qaz tədarük həcmlərini açıqlayıb

Bakı. Trend:

2025-ci ilin avqustunda Yunanıstan–Bolqarıstan interkonnektoru(IGB) vasitəsilə Yunanıstandan Bolqarıstana nəql olunan qazın ümumihəcmi 888 790,92 MVt/ s təşkil edib.

Bu barədə Trend-insorğusuna cavab olaraq kəmərin operatoru olan ICGB şirkətindənbildirilib.

“Yanvar–avqust 2025-ci dövründə Yunanıstandan Bolqarıstana IGBvasitəsilə nəql olunan qazın həcmi 6 737 566,58 MVt/s təşkiledib”,- şirkətdən qeyd olunub.

Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın milli qaz nəqlisistemi (DESFA S.A.) və Transadriatik qaz kəməri (TAP AG) iləKomotini şəhəri (Yunanıstan) ərazisində, həmçinin Bolqarıstanın qaznəqli sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsindəbirləşir.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, layihə üzrə ötürücülükqabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində ildə 3 milyardkubmetrədəkdir. Bazar marağı və qonşu qaz nəqli sistemlərininimkanlarından asılı olaraq, IGB-nin gücü ildə 5 milyard kubmetrədəkartırıla biləcək seçimlə layihələndirilib.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr