AZ

Ekvador SEPAH, HƏMAS və Hizbullahı terror təşkilatları ELAN ETDİ

Ekvador hökuməti HƏMAS, Hizbullah və İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilatlar siyahısına daxil edib.

İnterpress.az xəbər verir ki, bu barədə “El Comercio” məlumat yayıb.

Prezident Daniel Noboanın imzaladığı fərmanda qeyd olunur ki, adıçəkilən qruplaşmalar “ölkə əhalisinə, mövcud dövlət quruluşuna, Ekvadorun suverenliyi və ərazi bütövlüyünə ciddi təhdid yaradır”.

Qərar Ekvador mediasında geniş işıqlandırılıb və təhlükəsizlik siyasətində ciddi addım kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
interpress.az

1Mənbələr