AZ

Deputat: Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur

Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, məhkəmə qərarları təxminən 50 % icra olunur: “Bu, birbaşa bizim komitəyə aid məsələdir. Çünki adam işə bərpa olunması üçün məhkəməyə müraciət edir, uğur qazanır, amma məhkəmə qərarı icra olunmayanda problemlə üzləşir”.

Seçilən
72
1
apa.az

2Mənbələr