AZ

Məktəbin qarşısında qəza - Ana və dərsə gedən iki övladını maşın vurdu

Mingəçevir şəhərində avtomobil bir ailənin 3 üzvünü vurub. 

Avtosfer.az report-a istinadən xəbər verir ki, Mingəçevirdə yolu qarşı tərəfə keçmək istəyən 1989-cu il təvəllüdlü S.Yusibova, 2014-cü il təvəllüdlü G.Yusibova və 2013-cü il təvəllüdlü R.Yusiblini avtomobil vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.  

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
7
avtosfer.az

8Mənbələr