AZ

Arzuxan Əlizadə: Məhkəmə qərarlarının yalnız 50 faizi icra olunur

Məhkəmə qərarlarının icrası sahəsində ciddi problemlər var. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

 Onun sözlərinə görə, hazırda qəbul edilən məhkəmə qərarlarının təxminən 50 faizi icra olunur.

“Bu, bizim komitəmizin səlahiyyətlərinə aid olan məsələdir. İnsanlar işə bərpa və digər hüquqi tələblərlə bağlı məhkəmələrə müraciət edirlər, lakin qərarların tam şəkildə icrası hələ də problem olaraq qalır,” –  Əlizadə qeyd edib.

Deputat bu vəziyyətin hüquq sisteminə olan inama mənfi təsir etdiyini və məsələnin ciddi şəkildə araşdırılmalı olduğunu vurğulayıb.

Gülnar Nazimqızı 

Seçilən
10
anews.az

1Mənbələr