AZ

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərlə bağlı müzakirələr keçiriləcək

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərlə bağlı müzakirələr keçiriləcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına müvafiq məsələlər daxil edilib.

Sessiya müddətində "Böyük Qayıdışla bağlı Azərbaycanın yeganə təcrübəsi" mövzusunda beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə müzakirənin təşkili nəzərdə tutulur.

Bundan başqa, "Böyük Qayıdış və reinteqrasiya" ilə bağlı qanun layihəsi ətrafında dinləmələrin keçirilməsi də planlaşdırılır.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
17
oxu.az

10Mənbələr