AZ

Ermənistan gerbindən Ağrı dağını çıxarmaq planlaşdırılır – Marukyan

Ağrı dağının təsvirinin milli gerbdən çıxarılması Ermənistan hökumətinin növbəti addımı olacaq.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə sabiq səfiri Edmon Marukyan deyib.

Manukyan bildirib ki, hökumətin növbəti addımlarından biri dövlət gerbindən Ağrı dağının təsvirini çıxarmaq olacaq.

O qeyd edib ki, hakimiyyət bu prosesi sərhəd möhürləri məsələsində olduğu kimi eyni arqumentlərlə əsaslandırmağa çalışacaq. Lakin əslində bu addım Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı deyil, Paşinyan hökumətinin şəxsi təşəbbüsüdür və məqsədi erməni kimliyinin dəyişdirilməsidir.

Marukyan Sputnik Armeniyaya açıqlamasında deyib: “Niyə türklərdən yalvararaq sərhədi açmağı tələb etməli, üstəlik güzəştə getməliyik? Mən israrla deyirəm ki, belə bir şərt mövcud deyil. Əgər varsa, qoy göstərsinlər hansı sənəddə Ermənistanın dövlət rəmzlərindən Ağrı dağının çıxarılması öhdəliyi nəzərdə tutulub”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr