AZ

İran şokda: Bu ölkə SEPAH-ı terror təşkilatı elan etdi

Ekvador HƏMAS, Hizbullah və İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə edib.

Publika.az xəbər verir ki, ölkə prezidenti Daniel Noboa bununla bağlı fərman imzalayıb.

"Bu təşkilatlar Ekvador xalqı, ölkənin hazırkı nizamı, suverenliyi, dövlətin bütövlüyü və ictimai asayiş üçün potensial təhlükə yaradır. Buna görə də ABŞ-ın bu qrupları "terror təşkilatı" kimi təsnif edərkən qeyd etdiyi kriteriyalara bənzər bir yanaşma tətbiq olundu", - fərmanda qeyd olunub.

ABŞ-dan sonra bu ölkənin də SEPAH-ı terror təşkilatı elan etməsi İran daxilində ciddi narahatlıqlara səbəb olacaq.

Seçilən
85
publika.az

1Mənbələr