Sentyabrın 16-da saat 17 radələrində metronun “28 May” stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, “Bakubus” MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.
Ağır xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta