AZ

Kamaləddin Qafarov: “Dövlət suverenliyinin bərpası-qürur mənbəyimizdir! ”

“2023-cü ilin yay aylarında Azərbaycanın Qarabağ bölgəsində o dövrdə hələ qalmaqda olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması kimi hallar öz intensivliyinin pik həddinə çatmışdı. Təbii ki, bu vəziyyət bölgədə gərginliyin artmasına səbəb olmuşdu”.

Yenisabah.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O,bildirib ki, Ermənistan davamlı olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. “Erməni silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bunun nəticəsində həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilər olurdu. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdular. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdılar. Təbii ki, bütün bunların bir sonu olmalı idi. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarında olduğunu və bunu həyata keçirmək üçün sahib olduğu legitim hüququndan hər an istifadə edə biləcəyini istər Ermənistanın, istərsə də aidiyyatı olan beynəlxalq təşkilatların diqqətinə dəfələrlə çatdırmışdı. Lakin Ermənistan hətta II Qarabağ Savaşındakı acı məğlubiyyəti fonunda belə Azərbaycanın xəbərdarlıqlarına əhəmiyyət verməməkdə israrlı idi. Məhz buna görə də ölkəmiz qəti cavab tədbirlərinə əl atmaq məcburiyyətində qaldı.” Sezar pizza

Millət vəkili daha sonra vurğulayıb ki, Azərbaycan Ordusu Vətən müharibəsində olduğu kimi, suverenliyin bərpası əməliyyatının gedişində də yüksək peşəkarlıq və humanistlik nümayiş etdirmişdir: “ 2023-cü il sentyabr 19-da erməni silahlı qüvvələrinin silahlı təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə Dövlət suverenliyinin tam bərpası əməliyyatına başlanıldı. Xüsusi qeyd edilməlidir ki, ordumuz tərəfindən əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Nəticə olaraq Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycanın dövlət suverenliyi bütün ərazimizdə tam təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü elan edildi.”


Telegram kanalımız
Seçilən
40
16
yenisabah.az

10Mənbələr