UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın “Benfika” klubu üzərində qələbə qazanan “Qarabağ“ın alacağı bonus məlum olub.
News24.az xəbər verir ki, reqlamentə əsasən, bu qələbəyə görə komandamıza UEFA-dan 2.1 milyon avro veriləcək.
Xatırladaq ki, ötən gün baş tutan matç “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.