AZ

Futbolçular baş məşqçidən niyə narazıdır? - Premyer Liqa klubunda GƏRGİNLİK!

“Mançester Yunayted”in futbolçuları baş məşqçi Ruben Amorimin taktiki yanaşmalarından getdikcə daha çox narazılıq ifadə edirlər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, bu gərginlik xüsusən də, “Mançester Siti” ilə derbidə 0:3 hesablı məğlubiyyətdən sonra güclənib.

Məğlubiyyətə baxmayaraq, portuqaliyalı mütəxəssis seçdiyi oyun fəlsəfəsindən dönməyəcəyini vurğulayıb.

Onun tətbiq etdiyi 3-4-2-1 sxemi isə komandanın bir sıra aparıcı futbolçularına, o cümlədən kapitan Bruno Fernandesə uyğun gəlmir.

Amorim hələ də komandada nüfuzunu qoruyur və klubun həmsahibi Cim Ratkliff tərəfindən dəstəklənir. Amma futbolçuların böyük qismi onun taktiki göstərişlərini anlamadıqlarını bildirirlər.

“Mançester Yunayted” Premyer Liqanın cari mövsümünə çox zəif start verib – 4 turda cəmi 1 qələbə. Bu göstərici klub üçün 1992/93 mövsümündən bəri ən uğursuz başlanğıc hesab olunur.

Seçilən
29
sportinfo.az

1Mənbələr