AZ

ÇL: Bu gün daha 6 oyun keçiriləcək

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu davam edir. 

Fanat.Az xəbər verir ki, dünən start götürən ilk tur çərçivəsində bu gün daha 6 oyun keçiriləcək.

Gecənin mərkəzi oyunları Fransa, İngiltərə və Almaniyada baş tutacaq. ÇL-in son qalibi PSJ doğma meydanda "Atalanta"nı sınağa çəkəcək. İngiltərə çempionu "Liverpul" "Atletiko Madrid"i, "Bayern Münhen" isə "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"ni qonaq edəcək. 

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Benfika" üzərində möhtəşəm qələbə (3:2) qazanaraq qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk zəfərini əldə edib.

ÇL-in ilk turuna 18 sentyabrda yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
17 sentyabr

20:45. "Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr)
20:45. "Slavia" (Çexiya) – "Budyo-Qlimt" (Norveç)
23:00. PSJ (Fransa) - "Atalanta" (İtaliya)
23:00. "Ayaks" (Niderland) – "İnter" (İtaliya)
23:00. "Liverpul" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya)
23:00. "Bayern Münhen" (Almaniya) - "Çelsi" (İngiltərə)

Seçilən
18
7
fanat.az

10Mənbələr