futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Sietl Saunders”lə qarşılaşıb. 4 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 3:1.
Messi görüşə start heyətdə çıxıb. O, 41-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Komandanın digər qollarına Frey və Alba imza atıb.
“İnter Mayami” 27 oyundan sonra 49 xalla 5-ci sıradadır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.