AZ

Qarabağ ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA

ain.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın nəhəngi "Benfika"ya qarşı qazandığı 3:2 hesablı qələbə beynəlxalq mətbuatın diqqət mərkəzinə çevrilib.

BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə geridönüş edərək tarixi nəticəyə imza atması dünya futbol ictimaiyyətində geniş rezonans doğurub.

Avropanın aparıcı idman saytları "Qarabağ"ın Lissabondakı uğurunu sürpriz və möhtəşəm nəticə kimi dəyərləndirib.

İspaniyanın "Marca" nəşri yazıb: "Azərbaycanlılar ilk dəqiqələrdən geri düşsələr də, sona qədər təslim olmadılar".

Türkiyənin idman mediası qələbəni "Azərbaycan futbolunun Avropada yeni zirvəsi" kimi təqdim edib. Onlar həmçinin "Qarabağ"ın ötən tur "Fənərbağça"nı məğlub edərək turu adlayan "Benfika"dan "Fənər"in qisasını aldığını xüsusi vurğulayıblar.

Portuqaliyanın aparıcı nəşrlərindən "A Bola" ölkə təmsilçisinin darmadağın olmasını "şok məğlubiyyət" kimi xarakterizə edərək yazıb: "Leandro Andrade, Camilo Durán ve Oleksii Kaşçuk, Azerbaycan futbol tarixində analoqu olmayan mükafata layiq kinematoqrafik qələbənin memarları idi".

Qələbə sosial şəbəkələrdə də böyük səs-küy yaradıb. Bir çox futbol ekspertləri və tanınmış analitiklər Ağdam klubunun inamlı oyununun Azərbaycan futbolu üçün yeni tarixi səhifə açdığını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
baku.ws

2Mənbələr