AZ

Avropada təbii qaz 2%-ə yaxın bahalaşıb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 397 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 16 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 397,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (390,7 dollar) ilə müqayisədə 1,7% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
22
apa.az

1Mənbələr