AZ

5 milyon istifadəçinin seçimi SİMA İmza

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

2022-ci ildə "AzInTelecom" tərəfindən yaradılan "SİMA İmza" yeni nəsil rəqəmsal imza mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir və vətəndaşlar üçün tam ödənişsizdir. Artıq "SİMA İmza"nın vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli istifadəyə verilib. 

"SİMA İmza" mobil tətbiqinin yüklənilmə sayı bu ilin ilk səkkiz ayında 2 milyona yaxın artaraq 5 milyonu ötüb. Hazırda ölkəmizdə təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə "SİMA İmza"dan gündəlik istifadə edilir. Yeni nəsil rəqəmsal imzanı öz xidmətlərinə inteqrasiya etmiş qurumların sayı isə 90-a yaxındır.

Qeyd edək ki, təkcə "mygov ID" üzərindən 200-dən çox hökumət portalına "SİMA İmza" vasitəsilə daxil olmaq mümkündür. Bu isə vətəndaşlara elektron xidmətlərdən daha rahat, sürətli və etibarlı istifadə imkanı yaradır.

Ü.QarayevXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
12
xalqqazeti.az

10Mənbələr