AZ

Bu, "Qarabağ"dır, Avropada ikinci belə komanda yox!

Oyun günü:

Əşşi, bu, «Benfika»dır ey, «dolduracaqlar»!

Bir xal qazansalar, papaqlarını göyə atsınlar.

Hücumçu almadılar, görün, başlarına nə «oyun» açacaqlar!

Oyunun ilk 10 dəqiqəsində:

Gördüz, bura Premyer Liqa deyil e, «doldururlar»!

Altı-yeddi qol vurmasalar, şükür edək!

Çempionlar Liqasına hücumçu almayan yeganə komandayıq, axırı pis qurtaracaq.

Oyundan dəqiqələr sonra:

Qurban Qurbanova və «Qarabağ»a halal olsun!

Sizdən varmı ki, əhsən!

Fantastika, biz bu komandaya inanırdıq!

Deyinirdik.

Deyirdilər.

Deyirdik…

Day çox şeyi xatırlamağa, çox söz deməyə ehtiyac yoxdur.

Hər şey göz qabağındadır: nəinki Avropa, bütün dünya yenə «Qarabağ»dan danışır.

«Benfika» bir Avropa markasıdır.

«Benfika» Avropanın ən formada olan komandalarından biridir indi.

«Benifka» 10 nəfərlə qalıb da, «Fənərbaxça»ya qol buraxmadan qalib gəlib və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Oyundan əvvəl «Benfika» cəbhəsindən hədə-qorxu dolu mesajlar gəlirdi.

Bura Lissabondur!

Başqa nəticə ola bilməz, yalnız qələbə!

«Qarabağ»ı darmadağın edəcək, gecəyə damğa vuracağıq!

Olmadı. Tutmadı.

«Qarabağ» möhtəşəm geridönüş etdi. oyunun başında iki top fərqiylə geri düşməsinə baxmayaraq. Sadəcə, inanılmaz!

Bunu necə bacardı «Qarabağ»? Səbəbi Qurban Qurbanovun səbrində, Allaha səmimi qəlbdən təvəkkülündə görürəm.

Bu, gerçəkdən Tanrının «Qarabağ»a lütfü idi. Yaradan sanki ən gərgin anlarda Qurban Qurbanova pıçıldadı ki, darıxma, uşaqlara de, möhkəm olsunlar, mən sizinləyəm!

«Qarabağ» ruhunu sağlam tutdu, əl-qolunu sallamadı ilk 10 dəqiqədən sonra. Məğlubiyyətlə barışmadılar, məğlubiyyətə qılınc çəkdilər, onun üstünə getdilər və qazandılar.

«Köhnə dünya»da ikinci belə bir komanda yox!

MUSA

Seçilən
17
sportinfo.az

1Mənbələr