AZ

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiter­ror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.

Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.

Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.  Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur.

Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.

Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xankəndi, Ağdərə, Ağdam, Kəlbəcər və Xocalı şəhərləri və bir sıra kəndlər də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, biz işğaldan azad edilən ərazilərimizi cənnətə çevirəcəyik. Bəli, verilən bu vəddə yerinə yetirilməkdədir. Artıq tam qətiyyətlə qeyd etmək olar ki, işğaldan azad edilən ərazilərimiz Prezidentimizin də qeyd etdiyi kimi cənnətə çevrilir. Hər yerdə genişmiqyaslı quruculuq, abadlıq, təmir, tikinti işləri həyata keçirilir. Bunun fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə şəhərləri yenidən qurulan və inkişaf edən şəhər, kənd və qəsəbələrimiz arasında ön sıralarda yer tutur. Qısa müddət ərzində bu yerlərin siması tamamilə dəyişib, gözəlləşib. Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. azad edilən ərazilərdə ümumilikdə 7,7 min yaşayış və 687 qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb. Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz əmlakların inventarlaşdırılması başa çatdırılıb.

Bu ərazilərdə, xüsusən də Xankəndi şəhərində yeni yaşayış binalarının, park və xiyabanlarının, istirahət mərkəzlərinin tikilməsi ilə yanaşı yeni iş yerləri də yaradılır. Artıq müxtəlif təyinatlı restoranlar, otellər, iaşə ocaqları yaradılır və burada şəhərə köçən insanlar çalışırlar. 2024-cü il noyabrın 13-də Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan toxuculuq fabrikinin açılışı olub.

Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad edilən bölgələrdə olur, burada aparılan günuşmiqyaslı quruculuq işləri ilə tanış olur. Bu ilin sentyabrındakı səfər öz məhsuldarlığı ilə yadda qalıb. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində oldu. Artıq bu kəndə indiyədək 10 ailə   qayıdıb.  Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara   kəndlərində olan cənab İlham Əliyev Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Ölkə Prezidentinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun, azad edilmiş  torpaqlarda görülən işlərin təqdimatı oldu.

Dövlət başçısı İlham Əliyev hər bir müsahibəsində, çıxışında, beynəlxalq əhəmiyətli tədbirlərdə daim diqqəti Böyük Qayıdış Proqramına əsasən görülən işlərə və soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışına yönəldir. Birinci mərhələdə 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi qarşıya qoyulub.  Artıq bu məqsədin reallığa çevrildiyi göz qabağındadır. Belə ki, sakinlərinə qovuşan Laçın, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər şəhərləri ilə yanaşı xeyli sayda kəndlərimiz və qəsəbələrimiz də bərpa edilib. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü də bunun təsdiqidir.

Təbii ki, yeni iş yerlərinin yaradılması insanların məşğulluğunun təmin olunmasına xidmət edir. İş yerlərinin açılması isə işğaldan azad edilən ərazilərə, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərlərinə köçən əhalinin sosial rifah halının yaxşılaşması deməkdir. Bu proses bundan sonra daha da genişlənəcəyi şübhəsizdir. Çünki işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması və daha firavan həyat şəraiti ilə təmin olunmasına dair dövlət proqramı mövcuddur.

 

 

Metin Hüseynov  –  siyasi sərhçi, politoloq

 

Seçilən
11
3
moderator.az

8Mənbələr