AZ

Tahir Gözəl: "Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib"

"Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib.

Far.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O, Heydər Əliyev Hava Limanında komandanın qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib:

"Bu, böyük zəfərdir. Xalqımıza və Prezident İlham Əliyevə həsr edirik. Qürur duyuruq. "Qarabağ"ın sistemi və illərin təcrübəsi var. Bu, klubdakı birliyin nəticəsidir. Avrokuboklarda 9 matçda uduzmamışıq. Möhtəşəm klubuq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2.

Seçilən
39
4
far.az

5Mənbələr