AZ

“28 May”da avtobus qadını vurdu

Sentyabrın 16-da saat 17 radələrində metronun “28 May” stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, “Bakubus” MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.

Ağır xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
29
18
cebheinfo.az

10Mənbələr