AZ

Ukraynanı gözləyən sürpriz 26 ölkənin planı üzə çıxdı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İstəklilər koalisiyası”na daxil olan ölkələrin hərbi qulluqçuları Ukraynaya yerləşdirilsələr, birbaşa döyüş əməliyyatlarında iştirak etməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Kyiv Independent” qəzetinə müsahibəsində deyib.

“Onlar həyatlarını riskə atmayacaqlar. Əsgərlər logistika, təlim və dəstək vermək üçün faydalı ola biləcək hər şeylə məşğul olacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın növbəti iclası keçirilib. Fransa Prezidenti Emmanuel Makron hərbi münaqişə başa çatdıqdan sonra 26 ölkənin Ukraynaya təhlükəsizlik zəmanəti vermək niyyətindən danışıb. Lakin o, bu ölkələrin siyahısını verməkdən imtina edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr