AZ

AMB: Xidmətlər balansında 1 milyard dollarlıq kəsir yaranıb

Bu ilin birinci yarısında xidmətlər balansında təxminən 1 milyard dollarlıq kəsir yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, kəsir ötən ilin müvafiq dövrünə nisbətən təxminən 5,7% azalıb.

"Bu dövrdə nəqliyyat xidmətlərinin profisiti isə 856 milyon dollar təşkil edib. "-deyə o əlavə edib.

Seçilən
41
teleqraf.com

1Mənbələr