AZ

Şuşakənd sakini: Prezidentin evimizə gəlib xeyir dua verməsi unudulmaz tarixdir

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Möhtərəm Prezidentin evimizə gəlib bizə xeyir-dua verməsi mənim üçün unudulmaz tarixdir. Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Həm 32 illik köçkünlük həyatı başa çatdı, həm də cənab Prezident evimizə gəlib bizimlə görüşdü. Bundan gözəl anlar ola bilməz".

Bu sözləri APA-nın Qarabağ bürosuna Xocalı rayonunun Şuşakənd kənd sakini Zaur Rzayev deyib.

O, köçkünlük illərində İmişli və Bakı şəhərində çətin şəraitdə yaşadığını bildirib. Beş nəfər ailə üzvü ilə doğma kəndlərinə köçdüyünü bildirən Zaur Rzayev evlərində hər cür şəraitin yaradıldığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
1
apa.az

2Mənbələr