AZ

Tahir Gözəl: “Qələbəni Prezident İlham Əliyevə həsr edirik”

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasında “Benfika” üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib.

Arena.az xəbər verir ki, bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

Tahir Gözəl bildirib ki, Azərbaycan futbolu tarixinə UEFA Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:

“Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.

Qeyd edək ki, “Qarabağ” ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində Portuqaliyada “Benfika”nın qonağı olub. Ağdam təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2.

Bu, Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.

error: Məzmun qorunur!
Seçilən
51
14
arena.az

10Mənbələr