Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ƏDV (Əlavə Dəyər Vergisi) hər alış-veriş zamanı məhsulun qiymətinə əlavə edilən müəyyən faizdir və bu vergi dövlətin büdcəsinə daxil olur. ƏDV həm istehlakçılar, həm də müəssisələr üçün əhəmiyyətlidir, çünki məhsul və xidmətlərin qiymətinə təsir göstərir.
İqtisadçı ekspert Ləman Rüstəmova Metbuat.az-a açıqlamasında bildirib ki, ƏDV qanunvericiliyinə əsasən bəzi məhsul və xidmətlər bu vergidən azaddır:
“Məsələn, dövlət tərəfindən satılan əmlakın dövlətə çatan hissəsi, maliyyə xidmətləri, o cümlədən kreditlər, depozitlər, səhm və istiqraz əməliyyatları, eləcə də sığorta xidmətləri ƏDV-dən azaddır. Bundan əlavə, Neft Fondunun əldə etdiyi gəlirlər və dövlət orqanları ilə bələdiyyələr tərəfindən göstərilən xidmətlər də vergidən azaddır. Media məhsulları sahəsində isə kitablardan, dərslik komplektlərindən və dərslik istehsalı üçün istifadə olunan kağız rulonlardan idxal və satış zamanı ƏDV tutulmur, yalnız elektron kitablar istisnadır”.
Ekspert qeyd edib ki, xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələrin aksiz vergisi tətbiq edilməyən gəlirləri istisna olmaqla, digər gəlirləri də ƏDV-dən azaddır:
“Həmçinin, buğdanın idxalı və satışı, buğda ununun, çörəyin və kəpəyin istehsalı və satışı, damazlıq heyvanların, toxum və tinglərin, gübrələrin idxalı və satışı, heyvan və quş ətlərinin satışı, yem məhsulları və yem əlavələrinin idxalı və satışı ƏDV-dən azaddır. Qeyd etmək lazımdır ki, heyvan və quş ətlərinin emalı vergidən azad deyil, yalnız kəsilib dondurularaq satıldığı hallarda bu azadlıq tətbiq edilir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.