AZ

Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyənləşir

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyən edilir.

"Unikal" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.

Layihəyə əsasən, nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmaqdıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir.

Üçüncü şəxslərə münasibətdə ekspeditor bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz adından hərəkət edir. Ekspeditorun öz adından bağladığı müqavilələr üzrə hüquq və vəzifələr ekspeditora aiddir.

Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etməlidir.

Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
unikal.az

2Mənbələr