AZ

Minik maşını məktəbə gedən ana və iki övladını vurdu

Mingəçevirdə minik maşını məktəbə gedən ana və iki övladını vurub.

"Cebheinfo.az" Teleqraf-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 6 saylı orta məktəbin qarşısındakı yolda baş verib.

"Opel" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları -2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.

Sürücü dərhal hər üç yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma başlanıb.

"Cebheinfo.az" 

Seçilən
47
5
cebheinfo.az

7Mənbələr