AZ

Jurnalistlər Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Media nümayəndələri Prezidentin izi ilə Qarabağa təşkil edilənsəfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin açılışını etdiyi Xankəndi şəhərində QarabağUniversitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmlərifakültəsinin tədris korpusunda olub.

Trendxəbər verir ki, təşkil edilən səfər çərçivəsində jurnalistlərəQarabağ Universitetinin Klinikasının rəhbəri, Tibb vəu sağlamlıqelmləri fakültəsinin dekanı Samir Babayev yaradılan şərait barədəməlumat verərək bildirib ki, yeni tədris ilindən QarabağUniversitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətəbaşlayacaq.

Fakültənin tədris korpusu müasir tələblərə cavab verənavadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları,kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçininmikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə vədigər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli vəxarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrəəsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarınıntədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsilmodeli tələbələrin nəzəri biliklərini Qarabağ UniversitetininKlinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq.Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişafetdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqlixüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramınıntədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə,qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafıbaxımından mühüm əhəmiyyət kəsb edir.

Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığıFərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı,laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonanstomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqlarıfəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibbsahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika QarabağUniversitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkarkadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlaraparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasındamühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat vətibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb vəsağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrünçağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanmasıistiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən,klinikada həyata keçiriləcək elmi tədqiqatlar QarabağUniversitetinin akademik nüfuzunun və beynəlxalq reytinqininartmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsiniverəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu alitəhsil ocağına marağını artıracaq.

Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Məqalədə:
Seçilən
83
az.trend.az

1Mənbələr