İranda casusluqda və İsraillə təhlükəsizlik sahəsində əməkdaşlıqda təqsirli bilinən Babək Şahbazi edam edilib.
Ölkə.az bu barədə “Mehr” xəbər agentliyinə istinadla xəbər verir.
Məlumata görə, Şahbazi bu gün məhkəmə prosesi və Ali Məhkəmənin İsrailin kəşfiyyat agentliyi Mossad ilə əlaqəli əməliyyatçılarla kəşfiyyat məlumatlarının paylaşılmasında rolunun təsdiqlənməsindən sonra səhər saatlarında edam edilib.
“İsrailin Mossad kəşfiyyat agentliyi İranda dəfələrlə casusluq, təxribat və terror əməliyyatları, o cümlədən kiberhücumlar, nüvə alimlərinin öldürülməsi və düşmən şəbəkələrə dəstək təşkil edib”, - deyə İran mediası məlumat yayıb.
Həmidə İbrahimova