AZ

İlk yarımildə portfel investisiyalarında aktivlər artıb, öhdəliklər azalıb

Bakı. Trend:

Bu ilin ilk 6 ayında portfel investisiyaları üzrə xalis maliyyəaktivləri 947.4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə24.9 milyon dollar azalıb.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, hesabat dövründə portfel investisiyaları üzrəaktivlər dövlət (19.3 milyon dollar) sektorunun,
bankların (739.9 milyon dollar) və digər (206.9 milyon dollar)sektorların hesabına artmış, kapitalda iştiraka
təminat verən qiymətli kağızların (18.7 milyon dollar) hesabınaazalıb.

Qeyd edilib ki, öhdəliklər isə əsasən,
kapitalda iştiraka təminat verən qiymətli kağızların (1.0 mindollar) və digər (6.0 milyon dollar) sektorların
hesabına artıb, dövlət (30.9 milyon dollar) sektorunun hesabına isəazalıb.

Məqalədə:
Seçilən
44
az.trend.az

1Mənbələr