AZ

İranda partlayış: 6 nəfər ölüb

İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 6 nəfər ölüb. 

Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Bu gün səhər saatlarında Əhvaz şəhərinin Pərdis rayonunda dörd mənzilli yaşayış binasında qazın partlaması nəticəsində 6 nəfər həlak olub”, - deyə məlumatda bildirilir. 

O da qeyd olunub ki, partlayış nəticəsində bina tamamilə dağılıb.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
33
2
missiya.az

3Mənbələr